“Azeri Light”ın qiyməti 74 dollara çatır

“Azeri Light”ın qiyməti 74 dollara çatır
  24 İyul 2021    Oxunub:1896
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 dollar artaraq 74,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 72,07 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,92 dollar artaraq 73,95 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti