Bayram bazarlığının ən ucuz yerləri- SİYAHI

Bayram bazarlığının ən ucuz yerləri- SİYAHI
  15 Mart 2014    Oxunub:1401
Novruz bayramının abu-havası yarmarkalarda artıq hiss olunur. Bu gündən başlayaraq mart ayının 19-na kimi təşkil olunacaq yarmarkalarda qiymətlərin təsirindən canlanma müşahidə olunur. Bazarda bayramqabağı süni qiymət artımı hiss olunmur.

Novruzun əsas simvolu sayılan səmənini yarmarkadan 50 qəpik vəya 1 manata almaq mümkündür. Qoz və fındığın qiyməti isə fərqlidir. Bu məhsulların qiyməti keyfiyyətindən asılı olaraq 2,50 manatdan 7 manata kimi dəyişir. Ləpə qoz və fındıq isə bir qədər bahadır. 1 kq. 6 manatdan başlayan qoz ləpəsi və fındığı bazardan 14 manata da almaq olar.

Qiymətlərin bu cür fərqli olmasını satıcılar məhsulun keyfiyyətindəki fərqliliklə izah edirlər. Bayram süfrəsini bəzəyən digər məhsullara gəldikdə isə, şabalıd 3-4 manat, iydə 2-3 manat, xurma 4-6 manat, innab isə 4-5 manatadır.

Qeyd edək ki, paytaxt ərazisində təşkil olunan yarmarkaların siyahısı aşığıdakı kimidir:

Bakı şəhəri, Xətai rayonu:
- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.

Bakı şəhəri, Yasamal rayonu:
- Akim Abbasov küçəsi, İran klinikasının yanı.

Bakı şəhəri, Nərimanov rayonu:
- Gənclik metrosu, stadionun yanı.

Bakı şəhəri, Binəqədi rayonu:
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti.

Bakı şəhəri, Suraxanı rayonu:
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.

Bakı şəhəri, Nəsimi rayonu:
- Təzə bazarın ərazisi.

Bakı şəhəri, Səbail rayonu:
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.

`ANS-Press`

Qalereya




Teqlər:  





Xəbər lenti