Azərbaycana qar yağıb

Azərbaycana qar yağıb
  15 Mart 2014    Oxunub:1169
Qarın ən çox düşdüyü yerlər Şamaxı rayonunun Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana, Qızmeydan və Pirquludur. Magistral yollarda nəqliyyatın gedişində problem yaranmayıb.
Şamaxı rayonuna qar yağıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, qar ötən gün gecə saatlarından rayonun demək olar ki, bütün kəndlərinə yağmağa başlayıb. Ancaq gün ərzində Bakı-Şamaxı-Ağsu magistralının ətrafına yaxın olan kəndlərdə qar ərisə də dağ kəndlərində qar hələ də tam əriməyib. Belə ki, rayonun dağlıq ərazilərində qarın hündürdürlüyünün 5-10 santimetrə çatdığı müşahidə olunub. Qarın ən çox düşdüyü yerlər isə Əngəxaran, Məlhəm, Çuxuryurd, Nağaraxana, Qızmeydan və Pirquludur.

Qeyd edək ki, qarın yağmasına baxmayaraq, magistral yollarda nəqliyyatın gedişində problem yaranmayıb.


Teqlər:





Xəbər lenti