Bayramda borcu olanların qazı, suyu, işığı kəsiləcək

Bayramda borcu olanların qazı, suyu, işığı kəsiləcək
  14 Mart 2014    Oxunub:1171
Bayram günlərində qaz, işıq, su fasiləsiz olaraq əhalinin istifadəsinə verilsə də borclu abonentlərə hər hansı güzəşt edilməyəcək. Bu barədə AzVision.az-a aidiyyatı qurumlardan məlumat verilib.

“Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az-a açıqlamasında bildirib ki, bayram günlərində əhaliyə hər hansı güzəşt edilməyəcək.

“Amma çalışacağıq ki, əhalini 24 saat ərzində su ilə təmin edək. Artıq rəhbərlikdə növbətçi cədvəli də tərtib olunub, təsdiqlənib”.

O bildirib ki, həmin cədvələ uyğun olaraq bayram günlərində 24 saat növbətçilik olacaq: “Bundan başqa bütün rayonlarda zəng mərkəzlərimiz, qəza xidmətlərimiz 24 saat işləyəcək. Çalışacağıq ki, əhalini yüksək səviyədə, həmişəki qrafika uyğun su ilə təmin edək. Onlardan isə xahişimiz odur ki, bayram günlərində suda qəza və ya digər problemlər olarsa, dərhal 955 saylı qaynar xəttimizə zəng edib xəbər versinlər”.

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin də qurumun bayram günlərində gücləndirilmiş iş rejimində çalışacağını deyib.

“Bu il abunəçilərə güzəşt edilməyəcək. Amma qurum gücləndirilmiş iş rejimində çalışacaq”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev borclu abonentlərin ödənişlərini etmələrini tələb edib.

“Bayram günlərində borcları olan vətəndaşlara heç bir güzəşt olmayacaq. Hər bir kəs işlətdiyi qazın miqdarına görə ödənişini etməlidir”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti