Supermen və göyərçinlər… Dünya iki böyük rejissoru itirdi

   Supermen və göyərçinlər…    Dünya iki böyük rejissoru itirdi
  06 İyul 2021    Oxunub:1578
Dünya kinosu iki günə iki məşhur rejissoru itirdi: Vladimir Menşov və Riçard Donner biri 82, digəri 92 yaşında həyatla vidalaşıblar. Ayrı-ayrı sistemlərə və janrlara mənsub olsalar da, ikisi də böyük sənətkar idi. Maraqlıdır ki, sovet rejissoru Vladimir Menşov “Oskar” alsa da, amerikalı Riçard Donner almamışdı.
Sovet kinosu haqda anlayışı olan hər kəs “Moskva göz yaşlarına inanmır” filmini görüb. Bu həqiqi şedevrlə Vladimir Valentinoviç adını əbədi olaraq kino tarixinə yazıb. Biz o filmlə böyüşümük, yaşayırıq və heç vaxt baxmaqdan doymayacağıq. "Məhəbbət və göyərçinlər" də həmçinın, uşaqlığı SSRİ-də keçən hər kəsin sevdiyi filmlərdəndir.

Riçard Donald Şvartsberq (Donner) də həmçinin, bizim sevə-sevə baxdığımız rejissorlardan olub. Videosalon dövrünün uşaqlarına “Omen”, “Supermen”, “Ölümcül silah” , sonralar “Meverik” , müasir uşaqlara isə “X-men” “Rosomaxa” adlarını xatırlatmaq yetərlidir ki, Donnerin həyatımızda hansı rolu oynadığını anlayaq.

Müasir kinoda böyük rejissorlar demək olar ki, yetişmir. Ona görə də, bu cür sənətkarların həyatdan getməsi kino üçün böyük itkidir.

Tariyel
Azvision.az


Teqlər: Kino  





Xəbər lenti