Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
  05 İyul 2021    Oxunub:1074
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bakıda işgüzar səfərdə olan “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov arasında görüş keçirilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görüşdə Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov da iştirak edib.
Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu qeyd edən iqtisadiyyat naziri, ikitərəfli əlaqələrin əsas hərəkətverici qüvvəsinin dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri olduğunu vurğulayıb. Bildirilib ki, ölkələr arasında nəqliyyat-tranzit, investisiya, sənaye, turizm və s. sahələrdə uğurlu əməkdaşlıq edilir. Rusiya Federasiyası Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və ölkəmizin qeyri-neft ixracında ilk yerdədir. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var və “Rusiya İxrac Mərkəzi”, “Roseksimbank” SC ilə əlaqələrin genişləndirilməsi, iki ölkənin biznes dairələri arasında işgüzar səfərlərin təşkili qarşılıqlı ticarətin artırılmasına töhfə verə bilər.
Görüşdə Azərbaycan və Rusiya regionları arasında əlaqələrin, ticari-iqtisadi, investisiya tərəfdaşlığının gücləndirilməsi, “Roseksimbank” SC-nin ölkəmizdə bir sıra layihələrin maliyyələşdirilməsində iştirakı və xarici ticarət maliyyələşməsi alətlərinin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Azvision.az



Teqlər:





Xəbər lenti