Əlilliklə bağlı qanunda vətəndaşın xeyrinə vacib dəyişiklik olacaq
- Burada yenilik kimi vacib bir məqam nəzərdə tutulub. Əlillik müddəti bitəndən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edilməlidir. Bu dövr bitəndə isə o, ötürülmüş müddət sayılır. Yəni birinin əlilliyi üç, digəri altı aydan sonra bərpa oluna bilər. İndiyə qədər əlillik hansı müddətdən bərpa olunurdusa, onun pensiyası da həmin gündən hesablanmağa başlayırdı. Bərpa olunana qədər arada itən vaxt vətəndaşın əleyhinə işləyirdi. Amma yeni qanunla şəxsin əlillik pensiyası hansı gündən dayandırılmışdısa, ötürülmüş müddətin pensiyası da o günlər nəzərə alınmaqla ödəniləcək.
Ona görə də, buna müvafiq olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişiklik edilir. Məqsəd ancaq budur ki, vətəndaşın xeyrinə olaraq, əlillik yenidən müəyyən edilənə qədər ötürülmüş müddətin pensiyası ona ödənilsin. Bir sözlə, vətəndaşlarımız bu məsələdə itirməsinlər.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni qanun layihəsini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi hazırlayıb. Məqsəd əlilliyi olan şəxslərin hüquqlarının daha dolğun təminatıdır.
Tural Tağıyev
Azvision.az
Teqlər: Qanun Milli-Məclis Dəyişiklik