Bakı ətrafında 7 marşrutun hərəkəti dəyişdirildi

Bakı ətrafında 7 marşrutun hərəkəti dəyişdirildi
  15 İyun 2021    Oxunub:1144
Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
Azvision.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.

Mövsümi xarakterli dəyişikliyə əsasən, sabahdan

101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər;

107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər;

146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinə qədər;

179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər;

180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinə qədər;

182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinə qədər;

189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

Azvision.az




Teqlər: BNA  





Xəbər lenti