Azərbaycan neftinin qiyməti 74 dollara çatır

 Azərbaycan neftinin qiyməti 74 dollara çatır
  12 İyun 2021    Oxunub:1906
Dünya birjalarında neft qiymətləri bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,17 dollar artaraq 72,69 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar bahalaşaraq 70,91 dollar olub.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,45 dollar artaraq 73,98 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti