Bakıda nazirlərin görüşü keçirildi
İkitərəfli əməkdaşlıq müzakirələri zamanı təhsilin müxtəlif pillələri üzrə energetika sahəsində mütəxəssislərin hazırlanması istiqamətində mövcud proqramların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb, habelə beynəlxalq tərəfdaşların və özəl sektorun iştirakı ilə yeni proqramların hazırlanması üçün əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ölkəmizdə bərpa edilən enerji mənbələrinin, xüsusilə günəş enerjisinin istismarı sahəsində ehtiyac duyulan kadr potensialının hazırlanması prioritet istiqamət kimi qeyd olunub. Ölkə başçısının işğaldan azad edilmiş torpaqlarda yaşıl enerji zonasının yaradılması istiqamətində qarşıya qoyduğu tapşırıqların icrasını sürətləndirmək məqsədilə kadr ehtiyaclarının dəyərləndirilməsi və hazırlanması sahəsində birgə fəaliyyətin qurulması prioritet məsələlər siyahısına daxil edilib.
Həmçinin, Energetika Nazirliyinin tərkibində olan təlim mərkəzlərinin praktiki məşğələlər üçün istifadə olunması, yeni tikiləcək peşə məktəblərində bərpa olunan enerji ixtisaslarının tədrisində ehtiyac duyulan infrastrukturun qurulmasının vacibliyi vurğulanıb.
Azvision.az
Teqlər: Təhsil Energetika