İsrail şirkətləri Qarabağın bərpasında iştirak etmək istəyir
Qeyd edilib ki, iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir.
İqtisadiyyat naziri Azərbaycanla İsrail arasında işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və sair sahələrdə əməkdaşlıq üçün böyük potensialı vurğulayıb.
İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru M.Lotem ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib, İsrail şirkətlərinin azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dikin də iştirak etdiyi görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.
Azvision.az