Xocalı sakini bir ailənin üç üzvünü bıçaqladı

Xocalı sakini bir ailənin üç üzvünü bıçaqladı
  07 İyun 2021    Oxunub:1011
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girən şəxsin ona, arvadına və oğluna bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti