Orta aylıq əməkhaqqı 4% azalıb

Orta aylıq əməkhaqqı 4% azalıb
  17 May 2021    Oxunub:2212
Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və yaxud 2% artaraq 1 679,7 min nəfər olub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,7%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı öyən ilin eyni dövrünə nisbətən 4,2 % azalaraq 713,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Azvision.az


Teqlər: Əmək-haqqı  





Xəbər lenti