Alimlər: “Yerə yaxın ulduzlarda həyat var

  06 Mart 2014    Oxunub : 592
Alimlər: “Yerə yaxın ulduzlarda həyat var”
Böyük britaniyalı və çilili astronomlar Günəşə yaxın ulduzlarda həyatın mövcud ola biləcəyi 3 planet aşkarlayıblar.
Çilidə yerləşən Avropa cənub rəsədxanasının dəstəyi ilə keçirilən müşahidələr zamanı Yer kürəsinə yaxın olan fəza sistemində 8 planet aşkarlanıb. Onlardan 3-də canlı həyatın ola biləcəyi ehtimal olunur.

Qeyd olunub ki, bu planetlər Yerdən 15-80 işıq ili uzaqlıqda yerləşir. Planetlər öz ulduzlarından 6 ilə 600 milyon kilometr məsafədədir. Həmin planetlərdən 3-ü ölçüsünə görə, digərlərindən böyükdür. Təcrübəli astronomların apardıqları təcrübələr zamanı yaşayışın olduğu ekzoplanetlərin həmin ulduzlar ətrafında fırlandığını müəyyən ediblər. Onların fikrincə, yaxın zamanlarda azhəcmli planetlərin çoxsaylı nümunələri aşkar olunacaq.

Vüqar İsmayılov

Teqlər: