Yaponiyada COVID rekordu: Xəstələrin vəziyyəti ağırdır

  15 May 2021    Oxunub :1532
Yaponiyada COVID rekordu:  Xəstələrin vəziyyəti ağırdır
Yaponiyada koronavirusa yoluxanlardan 1231 nəfərin vəziyyəti ağırdır. Ölkədə bu göstərici yenidən rekord həddə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilib ki, rekord göstərici sonuncu dəfə mayın 11-də - 1176 xəstənin vəziyyətinin ağır olması ilə qeydə alınmışdı.

Yaponiyada epidemiya ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən mayın 31-dək Tokioda və ölkənin qərb prefekturalarında fövqəladə vəziyyət elan edilib. Mayın 16-dan etibarən fövqəladə vəziyyət Hirosima və Okayama prefekturaları ilə yanaşı, şimali Hokkaydonu da əhatə edəcək.

Son məlumatlara görə, hazırda ölkədə infeksiyaya yoluxanların ümumi sayı 673 mini keçib, 11,3 mindən çox insan ölüb.

Azvision.az

Teqlər: Yaponiya