İqtisad Universitetinin yeni rektoru danışdı

  05 Mart 2014    Oxunub : 821
İqtisad Universitetinin yeni rektoru danışdı
“Mənə prezident İlham Əliyev tərəfindən çox böyük etimad göstərilib”.
Bunu Lent.az-a açıqlamasında prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni rektoru təyin edilmiş Ədalət Muradov deyib.

Ə. Muradov rektor təyin edilməsi barədə xəbəri təsdiqləyib: “Mən bu etimadı həmişə doğrultmağa çalışacağam”.

Yeni rektor gələcəkdə görəcəyi işlərin də anonsunu verib: “Hazırda Azərbaycan təhsilində böyük islahatlar gedir. Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya olunmalıdır. Mən də bu çətin işdə öz köməkliyimi, var-gücümü əsirgəməyəcəyəm”.

Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Ədalət Muradov yeni rektor təyin edilib. Ə. Muradov İqtisadiyyat və Sənaye Nazirliyində iqtisadiyyatın təhlili şöbəsinin müdiri vəzifəsində çalışıb. İqtisadiyyat elmləri doktoru olan Ə. Muradov Kiyev Dövlət Universitetinin məzunudur.

AzVision.az

Teqlər: