Qarabağdan ətraf rayonlara su xətti çəkilə bilər

 Qarabağdan ətraf rayonlara su xətti çəkilə bilər
  07 May 2021    Oxunub:3501
Qarabağdakı içməli su mənbələrindən bölgənin təminatında istifadə olunacaq.
Bunu Azvision.az -a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, gələcəkdə həmin mənbələrdən Qarabağa yaxın rayonlara suyun ötürülməsi nəzərdə tutula bilər: "Hazırda su mənbələrindən yalnız bölgənin təminatı üçün istifadə olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Su  





Xəbər lenti