Növbəti hərracda 3 dövlət müəssisəsi özəlləşdirildi

Növbəti hərracda 3 dövlət müəssisəsi özəlləşdirildi
  05 May 2021    Oxunub:2947
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 4-də təşkil olunmuş növbəti hərracda 3 kiçik dövlət müəssisəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a bildirilib ki, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Xaçmaz rayonunda yerləşir. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://emlak.gov.az/cat/7).

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Azvision.az


Teqlər: Hərrac  





Xəbər lenti