Cüdoçularımız Avropa çempionatında uduzdular

Cüdoçularımız Avropa çempionatında uduzdular
  18 Aprel 2021    Oxunub:1148
Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında ikinci günün yarışları keçirilib.
Azvision.az xəbər verir ki, “Tokio 2020”-yə lisenziya xarakterli yarışın ikinci günündə iki idmançımız mübarizəyə qoşulsa da, çıxışlarını erkən başa vurublar.

Belə ki, kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov onaltıdabir finalda almaniyalı Niklas Bloxla qalib gəlsə də, növbəti mərhələdə Belçika təmsilçisi Matias Kasseyə məğlub olub. Onunla eyni çəkidə mübarizə aparan Murad Fətiyev türkiyəli Vedat Albayrakla ilk qarşılaşmasında uduzub.

Qeyd edək ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.

Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.

Azvision.az


Teqlər: Cüdo  





Xəbər lenti