700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənildi

700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənildi
  17 Aprel 2021    Oxunub:3269
Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, onlardan 409,3 min nəfər (o cümlədən, 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə, 281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.

Azvision.az


Teqlər: ƏƏSMN   Müavinət   Təqaüd  





Xəbər lenti