“Qarabağ” liderliyini davam etdirir

“Qarabağ” liderliyini davam etdirir
  17 Aprel 2021    Oxunub:2906
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.
Azvision.az xəbər verir ki, turun açılış matçında “Səbail” klubu lider “Qarabağ” komandasını qəbul edib. “ASCO Arena” keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

“Səbail”in futbolçusu Amil Yunanov 37-ci dəqiqədə penaltidən hesabı açıb. 42-ci dəqiqədə Uroş Matiç Ağdam təmsilçisinin bərabərlik qolunu vurub.

Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 47-yə çatdıran "Qarabağ" turnir cədvəlində liderliyini davam etdirir. “Səbail” isə 21 xalla 6-cı sırada yer alıb.

Azvision.az



Teqlər: Qarabağ   Səbail  





Xəbər lenti