“Kapital Bank” və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər

“Kapital Bank” və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər
  16 Aprel 2021    Oxunub:2404
“Kapital Bank” və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Ağacəkmə layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib. Adıçəkilən rayonlarda müvafiq olaraq 160 və 144 ağac əkilib. Tədbirdə “Kapital Bank”ın əməkdaşları, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə keçirilib.

“Vətən Bağı” insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunub. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli icra hakimiyyəti orqanları, “Kapital Bank” və “Qırmızı Ürəklər” Xeyriyyə Fondu tərəfindən həyata keçiriləcək. Ağacların əkilməsi mövsümü zamanı digər rayonlarda da analoji aksiyalar təşkil olunacaq.

Qeyd edək ki, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun yaradılmasında əsas məqsəd cəmiyyətimiz üçün faydalı işlər görməkdir. Üzvlərinin əksəriyyəti, “Kapital Bank”ın könüllü əməkdaşlarından ibarət olan fondun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az


Teqlər: KapitalBank  





Xəbər lenti