Cüdoçumuz “Böyük dəbilqə”də qızıl medal qazandı - YENİLƏNİB

 Cüdoçumuz “Böyük dəbilqə”də qızıl medal qazandı -  YENİLƏNİB
  03 Aprel 2021    Oxunub:3496
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Antalyada keçirilən "Böyük dəbilqə" turnirinin qalibi olub.
Azvision.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə yaponiyalı dünya çempionu Aaron Volfla üz-üzə gəlib.

Rəqibini məğlub edən Zelim Katsoyev çempion titulunu qazanıb. Bununla da o, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

***
(18:40)

Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Zelim Katsoyev (100 kq) finala yüksəlib.

Azvision.az xəbər verir ki, Zelim Katsoyev əvvəlcə fransalı Sirille Maret, sonra isə ardıcıl olaraq gürcüstanlı Zlatko Kumrıci və Kayhan Ozciceki mübarizədən kənarlaşdırıb. Yarımfinalda estoniyalı Qriqori Minaskini də məğlubiyyətə uğradan cüdoçumuz həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın digər üzvü Uşangi Kokauri (100 kiloqramdan yuxarı) yarışda bürünc medal uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, komandamızın aktivində hələlik, 1 medal var. Belə ki, kişilər arasında keçirilən yarışda Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.

Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarışa bu gün yekun vurulacaq.

Azvision.az


Teqlər: Cüdo   Yarış  





Xəbər lenti