Millimiz Serbiyaya uduzdu

 Millimiz Serbiyaya uduzdu
  31 Mart 2021    Oxunub:2015
Futbol üzrə Azərbaycan yığması 2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Azvision.az xəbər verir ki, millimiz Bakı Olimpiya Stadionunda Serbiya yığmasını qəbul edib.

Görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Serbiya millisinin heyətində Aleksandar Mitroviç dubl edib. Komandamızın qolunu isə Emin Mahmudov vurub.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Roi Reinshreiber olub. Ona həmyerliləri David Elias Biton və Sagi Metzamber kömək ediblər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə (2:2) razılaşıb.

Azvision.az


Teqlər: Milli   Serbiya  





Xəbər lenti