“Fiziki cəhətdən geri qaldıq” - De Byazinin məğlubiyyət şərhi
İtaliyalı mütəxəssis komandamızın 1:2 hesablı məğlubiyyətini belə şərh edib: "Fiziki cəhətdən güclü komandaya qarşı oynayırdıq. Bəzi oyunçular inkişaf etməlidir. Meydana buraxdığım yeni futbolçulardan çıxışı ilk hissədə məni qane etdi. Ancaq dediyim kimi, fasilədən sonra oyunumuz alınmadı. Beynəlxlaq səviyyəli oyunlar futbolçular üçün çətin olur. Yeni oyunçuların nəyə qadir olduqları məhz belə oyunlarda üzə çıxır. Onlar bu oyun tempinə hazır olmalıdırlar.
Heç vaxt futbolçularımdan geriyə ötürmə edərək oynamalarını istəməmişəm. Rəqibin pressinqinin qarşısını məharətlə aldıq. Təəssüf ki, boşluqlardan istifadə edə bilmədik. İkinci hissədə fiziki cəhətdən geri qaldığımız göründü”.
Qeyd edək ki, Azərbaycan və Qətər milli komandaları Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda beynəlxalq yoldaşlıq görüşü keçiriblər. Görüş Qətər millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azvision.az
Teqlər: DeByazi