İki mindən çox şagirdin biliyi yoxlanıldı

İki mindən çox şagirdin biliyi yoxlanıldı
  10 Mart 2021    Oxunub:2812
III, VI və VII sinif şagirdləri arasında keçirilən milli qiymətləndirmə tədqiqatı davam edir.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, bu günə qədər 20 region üzrə III sinifdə təhsil alan şagirdlərin qiymətləndirməsi yekunlaşıb. Təqribən 2400 nəfər III sinif şagirdinin tədris dili, riyaziyyat, xarici dil, fiziki tərbiyə, musiqi, texnologiya, təsviri incəsənət və həyat bilgisi fənləri üzrə bilikləri yoxlanılıb.

Qeyd edək ki, milli qiymətləndirmə şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Azvision.az


Teqlər: Şagird   Bilik   Qiymətləndirmə  





Xəbər lenti