Məhbuslar da qəbul imtahanında iştirak etsin! - TƏKLİF

   Məhbuslar da qəbul imtahanında iştirak etsin! -    TƏKLİF
  09 Mart 2021    Oxunub:3055
Cəzaçəkmə müəssisələrində çəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması təklif edilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd olunub ki, Məhbuslarla Beynəlxalq Standart Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacaran məhbuslara onu davam etdirmək imkanının təmin edildiyini, Penitensiar Xidmətin Tərbiyə Müəssisəsində saxlanılan şəxslərin buraxılış imtahanlarında iştirakına şərait yaradıldığını nəzərə alaraq, cəzaçəkmə müəssisələrində çəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və bununla bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əlavə edilsin.

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah olunması, şəxsiyyətinin inkişafı və azad olunduqdan sonra cəmiyyətə adaptasiyası məqsədilə “Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah edilməsi və sosiallaşması” üzrə müvafiq dövlət proqramının qəbul edilməsi təklif olunub.

Azvision.az


Teqlər: Cəzaçəkən   İmtahan  





Xəbər lenti