İranda COVID-19-dan ölənlərin sayı yenidən artır
Nazirlik rəsmisinin sözlərinə görə, ölkədə son sutka ərzində 8510 nəfər koronavirusa yoluxub, 108 pasiyent dünyasını dəyişib.
Bununla da İranda infeksiyaya yoluxanların ümumi sayı 1 milyon 639 min 679 nəfərə, ölənlərin sayı isə 60 min 181-ə çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3727 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 399 min 934 xəstə sağalaraq evə buraxılıb.
Azvision.az
Teqlər: İran Koronavirus