Koronavirusdan sağalanların sayı 90 milyona çatır
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə infeksiyaya yoluxma sayı 114 milyon 438 min 262 nəfərə çatıb. Hazırda pandemiya qurbanlarının sayı 2 milyon 538 min 691 nəfərdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, ötən sutka ərzində 420 491 nəfər koronavirusa yoluxub, 10 939 nəfər ölüb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus