Paşinyan İrəvanda tərəfdarları qarşısına çıxdı - VİDEO (YENİLƏNİB)

  25 Fevral 2021    Oxunub : 2929
Paşinyan İrəvanda tərəfdarları qarşısına çıxdı -  VİDEO (YENİLƏNİB)
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanına gələrək tərəfdarlarının qarşısına çıxıb.

Azvision.az-ın məlumatına görə, Paşinyan çıxışında ölkədə vəziyyətin gərgin olduğunu bildirib. O, vətəndaşları qarşıdurmaya yol verməməyə çağırıb.
"Gərginlik, qarşıdurma təhlükəsi hər zaman var. Ancaq hamımız qarşıdurmanın baş verməyəcəyi ilə bağlı razılığa gəlməliyik. Ən əsası hamımızın sakit olmağıdır. Ölkədə düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan məsələlər var", - deyə Paşinyan vurğulayıb.

O, eyni zamanda Ermənistandan qaçmağa hazırlaşmadığını, haqqında yayılan məlumatların yalnış olduğunu vurğulayıb.



***
Ermənistanın baş naziri Nikol Paşinyanın çağrışına əsasən vətəndaşlar Respublika meydanına toplaşmağa başlayıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda meydanda çox az sayda adam var. Əraziyə təhlükəsizliyi təmin etmək üçün polis əməkdaşları cəlb olunur.

Xatırladaq ki, Paşinyan bu gün 16.00-da Respublika meydanında çıxış edəcək.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan