“Əsirlərin dəqiqləşdirilməsi prosesi davam edir” - Avinyan

“Əsirlərin dəqiqləşdirilməsi prosesi davam edir” -  Avinyan
  11 Dekabr 2020    Oxunub:1621
"Həm Ermənistan, həm də Azərbaycan əsir düşənlərin siyahısını Beynәlxalq Qızıl Xaç Komitәsinə təqdim edib".
Azvision.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tigran Avinyan əsir, girov götürülmüş və itkin düşmüş şəxslərlə bağlı idarələrarası komissiyanın iclasında deyib.

O, bildirib ki, əsirlərin mübadiləsi, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı danışıqların gedişatı hökumətin gündəliyində ilk yerdədir.

Baş nazirin müavini dekabrın 9-da Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycandan Ermənistana üç mülki şəxsin gətirildiyini qeyd edib: "Həm Ermənistan, həm də Azərbaycan əsir düşənlərin siyahısını Beynәlxalq Qızıl Xaç Komitәsinə təqdim edib. Onların dəqiqləşdirilməsi prosesi davam edir".

Avinyanın sözlərinə görə, Ermənistan əsirlərin mübadiləsində "hamının hamıya" prinsipini, həmçinin yeni aşkarlanan əsirlərin ilkin şərt olmadan geri qaytarılması mexanizminin hazırlanmasını təklif edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   əsir  





Xəbər lenti