Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılır
Əvvəla marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – "28 May" metro stansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – "28 May" metro stansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – "Əhmədli" metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – "Koroğlu" metro stansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – "Koroğlu" metro stansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib.
Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.
AzVision.az
Teqlər: Rəqəmsal-İnkişaf-və-Nəqliyyat-Nazirliyi marşrut