NATO: Azərbaycan- Ermənistan sülh müqaviləsini səbirsizliklə gözləyirik

      NATO:    Azərbaycan- Ermənistan sülh müqaviləsini səbirsizliklə gözləyirik
  14 Mart 2025    Oxunub:576
NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.
AzVision.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial media hesabındakı paylaşımında bildirib.

Allison Hart Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışladıqlarını qeyd edib.

O müqavilənin imzalanması və ratifikasiya olunmasını səbirsizliklə gözlədiklərini vurğulayıb: “Bu, normallaşma prosesində irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və regional təhlükəsizliyə töhfə verəcək”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti