".az" domeninin əhatə dairəsi genişləndiriləcək
“az” domeni üzrə milli inzibatçı Faiq Fərmanov son illər Azərbaycanda rəqəmsal transformasiya sahəsində böyük irəliləyişlərin baş verdiyini və “az” domeninin idarə edilməsində də rəqəmsallaşmanın əhəmiyyətli olduğunu qeyd edib. Qarşıdakı dövr üçün “az” domeni üzrə istifadəçi məlumatlarının uyğunlaşdırılması məqsədilə elektron hökumət sisteminə inteqrasiyanın planlaşdırıldığını və bu prosesə İKTA-nın da dəstək verə biləcəyini bildirib.
Müzakirələr zamanı qarşıdakı dövr üçün yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadənin nəzərdə tutulduğu və bu istiqamətdə səlahiyyətli tərəflərlə müzakirələrin aparıldığı qeyd edilib. Görüşdə İPv6-ya keçidlə əlaqədar əməkdaşlıq edilməsi də müzakirə predmeti olub.
AzVision.az