AQTA-dan
AzVision.az -a bildirilib ki, aprelin 30-dan mayın 1-dək 75 ticarət və 80 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Nöqsanların aradan qaldırılması istiqamətində məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir.
AzVision.az