İrəvanda etirazçılar metronun işini iflic etdi

 İrəvanda etirazçılar metronun işini iflic etdi
  11 Dekabr 2020    Oxunub:1325
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən itaətsizlik aksiyasının iştirakçıları təxminən bir saat İrəvan metrosunun işinə mane olublar.
Azvision.az xəbər verir ki, bu barədə İrəvan Metropoliteninin mətbuat katibi Tatev Xaçatryan bildirib. Onun sözlərinə görə, aksiya iştirakçıları saat 09:08-dən 09:45-ə qədər yeraltı nəqliyyatın hərəkətinə mane olublar.

Qeyd edək ki, Paşinyanın istefası tələbi ilə noyabrın 10-dan etibarən İrəvanda aksiyalar və yürüşlər keçirilir. Aksiyaların əsas təşkilatçıları "Daşnaksütyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır. Onlar küçələri bağlayaraq Paşinyanın və rəhbərlik etdiyi hökumətin istefasını tələb edirlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Paşinyan   Ermənistan   aksiya  





Xəbər lenti