Gürcüstanda daha 43 nəfər koronavirusdan öldü

Gürcüstanda daha 43 nəfər koronavirusdan öldü
  10 Dekabr 2020    Oxunub:1435
Gürcüstanda son sutkada 4570 nəfər koronavirusa yoluxub, 43 pasiyent vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, ölkə üzrə yoluxma sayı 178 953-ə çatıb. Virusa yoluxan 148 332 nəfər sağalıb, 1657 pasiyent vəfat edib.

Hazırda karantin zonalarında 1019, stasionar nəzarətdə isə 6918 nəfər saxlanılır.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti