"Maşa və Medved" Bakıya gəlir

"Maşa və Medved" Bakıya gəlir
  07 Fevral 2014    Oxunub:13791
"Maşa və Medved" Novruzu Bakıda qeyd edəcək Gürcüstanın “Multi-Pulti dünyası” teatrı Novruz bayramı ərəfəsində Azərbaycana gələcək.

AzVision.az xəbər verir ki, teatr “Maşa i Medved” tamaşasının “Maşa və Ayı. Novruz sərgüzəştləri” adlı yeni seriyasını tamaşaçılara təqdim edəcək.

Tamaşaçılar “Maşa i Medved” və nağıl qəhrəmanlarını martın 18-dən 23-dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görə biləcəklər.

Tamaşa məxsusi olaraq Azərbaycan tamaşaçıları üçün “Maşa və Ayı” cizgi filmi və Novruz adət-ənənələri əsasında hazırlanıb.
Hadisələr Novruz bayramı ərəfəsində baş verir. Tamaşada Maşa və Ayı ilə yanaşı Kosa, Keçəl, Ozan baba, çərşənbələr kimi personajlar da iştirak edirlər.

Tamaşa iki variantda - Azərbaycan və rus dillərində təqdim olunacaq. Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı aktyorlar çıxış edəcəklər.

Balaca tamaşaçıları cizgi filmlərinin personajları və milli nağıl qəhrəmanları ilə birgə unudulmaz Novruz şənliyi və çoxlu sürprizlər gözləyir. Biletləri şəhərin bütün kassalarından əldə etmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti