Leninin heykəlinin yerinə unitaz qoydular - FOTO

Leninin heykəlinin yerinə unitaz qoydular - FOTO
  05 Fevral 2014    Oxunub:1153
Ukraynanın paytaxtı Kiyevdə etiraz aksiyasında nümayişçilərin dağıtdığı Leninin heykəlinin yerinə qızılı rəngdə unitaz qoyulub. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümayişçilər bunu prezident Viktor Yanukoviçin yürütdüyü siyasətin simvolu kimi qiymətləndirir.

Qeyd edək ki, Ukraynada ölkənin Avropa Birliyi ilə yaxınlaşmasının tərəfdarı olan vətəndaşlar bir müddətdir ki, etiraz aksiyası keçirir. Onlar hökumətin Rusiyanın təzyiqi ilə Avropa Birliyi iqtisadi iş birliyinə imza atmamağına etiraz edir. Elə həmin aksiyalar zamanı nümayişçilər Ukraynanın Rusiyaya bağlılığının simvolu kimi qiymətləndirdikləri Lenin heykəlini dağıtmışdılar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti