Qadınlar niyə daha tez üşüyür?

Qadınlar niyə daha tez üşüyür?
  04 Fevral 2014    Oxunub:1217
Amerika alimləri qadınların kişilərə nisbətən daha tez üşümələrinin səbəbini izah ediblər.
Həm kişi, həm də qadınların iştirak etdiyi təcrübə zamanı alimlər güclü cinsin nümayəndələrinin orta bədən temperaturunun 36,33 dərəc ə olduğunu müəyyənləşdiriblər.

Qadınlarda isə bədən temperaturu kişilərə nisbətən 0,23 dərəcə çox olmaqla 36,56 dərəcə təşkil edib. Bununla belə qadınların əlləri kişilərə nisbətən daha soyuq olur. Qadın əlləri (30,67) ilə kişi əlləri(32,22)arasındakı temperatur fərqi 2 dərəcə təşkil edir.

Alimlərin fikrincə, qadınların daha tez üşüməsinə səbəb məhz budur. Yəni qadınlarda daxili temperatur kişilərdən çox olmasına baxmayaraq ümumilikdə, orqanizm daha soyuqdur.

AzVision.az


Teqlər:





Xəbər lenti