Ruslar dünyanın ən böyük raketini düzəldəcək
Lakin bu ilk versiyadır. Gələcək planlarda yükqaldırma gücünün 150 tona qədər artırılması nəzərdə tutulur.
Ağır çəkili raketlərə olan ehtiyac ildən-ilə daha artır. Çünki yaxın gələcəkdə Aya uçuşların və Marsa ekspedisiyaların bərpa olunması gözlənilir. Kosmik gəminin Günəş sisteminə səyahət edə bilməsi üçün ağır yük qaldırma gücünə malik raketlərə ehtiyac var.
Bu mənada Ayı fəth edən Saturn-5 raket daşıyıcısı kosmosa 120 tona qədər yük daşımaq qabiliyyətinə malik idi. Amma NASA agentliyinin layihələndirdiyi yeni SLS raketləri fəzaya 10 ton daha çox yük daşıya biləcək.
Vüqar İsmayılov