AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb
  21 Mart 2013    Oxunub:1359
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası aprelin 22-26-da Strasburqda keçiriləcək.
İlkin gündəliyinə əsasən, sessiyada Azərbaycanla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmur.

Gündəliyə Ermənistanda keçirilmiş prezident seçkiləri, Türkiyə ilə postmonitorinq dialoqu, gənclərin fundamental hüquqlar əldə etməsi və s. məsələlər daxil edilib.

Sessiya çərçivəsində Avropa Şurasının insan haqları üzrə komissarının öz fəaliyyəti haqqında illik hesabatını təqdim etməsi, Almaniya prezidenti və Gürcüstan baş nazirinin çıxışları nəzərdə tutulur. (apa)


Teqlər:





Xəbər lenti