Elmar Vəliyev gənclərlə görüşdü - FOTOLAR

Elmar Vəliyev gənclərlə görüşdü - FOTOLAR
  01 Fevral 2014    Oxunub:1075
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gənclərlə görüşüb
Bu gün 2 fevral Gənclər günü münasibətilə Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə gənclərin görüşü keçirilib. Görüşdə şəhər rəsmiləri, ali və orta ixtisas məktəblərinin kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak edib.

AzVision.az xəbər verir ki, görüşdə gənclərin arzu və təklifləri dinlənilib və onların reallaşdırılması üçün müvafiq təşkilatlara tapşırıqlar verilib.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri təbrik edib. Bildirib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Gənclərlə bağlı xeyli sayda qanunlar, hüquqi aktlar və dövlət proqramları qəbul olunub.

Bu gün Azərbaycan gənclərinin səsi dünyanın ən mötəbər beynəlxalq kürsülərindən əzəmətlə səslənir. Əldə olunan qələbələrdə Gəncə gənclərinin payı xüsusi vurğulanır. Hazırda Nizami yurdunda 20 mindən çox tələbə təhsil alır. Onlar şəhərin ictimai-mədəni, iqtisadi həyatında yaxından iştirak edirlər.

Mən də gənclərin bu fəallığını yüksək qiymətləndirirəm. Hazırda bu görüşü keçirməklə, hər bir gəncin fikrini, istək və arzularını bilmək istəyirəm.

Gəncə şəhər Gənclər İdman baş idarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nigar Talıbova, Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Əli Tağıyev çıxış edərək, bütün gəncləri Gənclər günü münasibətilə təbrik edib, onları Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, həmrəy olmağa çağırıblar.

Tədbir çərçivəsində ictimai işlərdə xüsusi fəallıqları ilə seçilən gənclər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilib.

Sonra gənclər öz istək və təklifləri ilə çıxış ediblər.
Görüşün sonunda gənclərlə birlikdə xatirə şəkli çəkilib.

Qalereya




Teqlər:  





Xəbər lenti