Rəhim Qazıyev tutuldu

Rəhim Qazıyev tutuldu
  20 Mart 2013    Oxunub:4299
Sabiq müdafiə naziri Rəhim Qazıyevin həbs edilməsi barədə xəbər yayılıb.
Rəhim Qaziyevin qardaşı Rahab Qazıyevin "Azadlıq" radiosuna verdiyi məlumata görə, qardaşını polis Bakıda axşam saatlarında saxlayib. Rəhim Qaziyevin saxlanması xəbərini onun evinə zəng edib bildiriblər: "Zəng edənlər özlərini DİN əməkdaşları kimi təqdim ediblər. Ancaq Rəhim Qaziyevin nə səbəbdən saxlandığını bildirməyiblər. Rəhim Qaziyev saat 17:20 radələrində evindən "Azadlıq" radosuna getmək üçün çıxmışdı. Sonradan onun saxlandığı xəbərini aldıq".

DİN mətbut xidmətindən isə bu deyilənlərə münasibət öyrənmək mümkün olmayib. Rəhim Qazıyev "Azadlıq" radiosunun "İşdən sonra" proqramının qonağı olmalıydı. Ancaq bu verlişdə iştirak edə bilməyib.




Teqlər:  





Xəbər lenti