İranda daha 178 nəfər koronavirusdan ölüb
Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 24 656 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 3712 nəfər artaraq 429 193-ə yüksəlib.
İranda indiyədək 363 737 koronavirus xəstəsi sağalıb, hazırda 3922 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi qeyd edib ki, ölkənin 31 əyalətindən 29-u riskli və qırmızı zonalara aiddir.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: İran Koronavirus Pandemiya