Bayramda hava necə olacaq?

Bayramda hava necə olacaq?
  19 Mart 2013    Oxunub:1434
Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.


Teqlər:





Xəbər lenti