Hindistanda COVİD-19-a yoluxanların sayı artır

Hindistanda COVİD-19-a yoluxanların sayı artır
  26 Avqust 2020    Oxunub:2487
Hindistanda son sutka ərzində 67 151 nəfər koronavirusa yoluxub, 1059 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 3 234 475 nəfərə çatıb. İndiyədək 59 449 pasiyent pandemiyanın qurbanı olub, 2 467 759 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   COVİD-19  





Xəbər lenti