Azərbaycanda avtomobil istehsalı azalıb

Azərbaycanda avtomobil istehsalı azalıb
  15 Avqust 2020    Oxunub:3951
Cari ilin yanvar-iyul aylarında ölkədə 1074 və ya ötən ilin müvafiq dövrünə nisbətən 230 ədəd az minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,7 faiz, maşın və avadanlıqların istehsalı isə 64,9 faiz artıb.

Azvision.az


Teqlər: Avtomobil   Statistika   İstehsal  





Xəbər lenti