Ümumi daxili məhsulun həcmi azalıb

Ümumi daxili məhsulun həcmi azalıb
  14 Avqust 2020    Oxunub:4427
2020-ci ilin yanvar-iyul aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi 40 milyard 8,5 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalıb. ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olub.

Azvision.az


Teqlər: ÜDM   Statistika  





Xəbər lenti