İyulda işıqpulu çox yazıb? - AÇIQLAMA

  14 Avqust 2020    Oxunub : 11188
   İyulda işıqpulu çox yazıb? -    AÇIQLAMA
“Azərişıq” ASC elektrik sayğaclarının iyul ayı ərzində həddindən artıq hesablama aparması barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
Azvision.az -ın məlumatında görə, “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında sayğaclara müdaxilə etməyin mümkünsüz olduğunu deyib.

Qurum rəsmisinin sözlərinə görə, vətəndaşlar bəzi avadanlıqların texniki pasportuna baxmırlar.

"Bu, soyuducu, kondisioner, ütü ola bilər. Orada həmin avadanlığın müəyyən temperatur arasında iş rejimi barədə məlumat var. Sayğacların çox yazması haqqında istənilən iddia ilə bağlı fikrimiz budur ki, onu bizə göstərsinlər. Biz sayğacların göstəricilərini dəyişə, sıfırlaya bilmədiyimiz üçün heç söküntü gedən binalardan çıxan sayğacları da istifadə edə bilmirik. Bu da bizim üçün itkidir. Sayğacların onlayn oxunması gündəmdədir, bu da bizim üçün sərfəlidir. Bununla bağlı işlər aparılır. Sayğaclara müdaxilə edə bilmirik. Bunu edə bilən şəxslər, mütəxəssislər varsa, onlarla bizi görüşdürün, bunu edib bizə göstərsinlər. Onda biz sayğaclarımızın təhlükəsizliyi üçün əlavə işlər görərik".

Azvision.az

Teqlər: Azərişıq